The Beatles

The Beatles
Loqonun şəkli
Soldan sağa: Con Lennon, Pol Makkartni, Corc Harrison, Rinqo Starr
Soldan sağa: Con Lennon, Pol Makkartni, Corc Harrison, Rinqo Starr
Əsas məlumatlar
Üslub Rok
Pop
Fəaliyyət illəri 1960 — 1970
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
Leybl Parlophone
Apple Records
Capitol
United Artists
Vee Jay
Heyət Con Lennon
Pol Makkartni
Corc Harrison
Rinqo Star
Keçmiş üzvlər Stüart Satkliff (1959—1961) †
Pit Best (1960—1962)
Cimmi Nikol (1964)
Beatles.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bitlz"Beatles" (qrupun üzvlərini ayrı-ayrılıqda bitllar və ya bitlzlar adlandırırlar) – Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc HarrisonRinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupu. Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişdirmişdir. Ötən əsrin 60-cı illərində görünməmiş məşhurluq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilir.

Beatles bir çox satış rekordlarını qıraraq 50-dən artıq mahnısı ilə dünyanın müxtəlif ölkələrinin musiqi çatlarına liderlik etmişdir. Amerika Səsyazmalar Sənayesi Assosiasiyasının məlumatına görə Beatles ABŞ-də bütün dövrlərin səsyazmaları ən çox satılmış qrupudur. Öz səsyazma studiyalarının, EMİ-nin yaydığı məlumatlara görə isə 1985-ci ilə qədər dünyada qrupun 1 milyarddan artıq diski satılmışdır. 2004-cü ildə tanınmış Rolling Stone jurnalının apardığı sorğular əsasında tərtib edilən "Bütün dövrlərin 100 ən yaxşı sənətçisi" siyahısında Beatles-i I yerə layiq görmüşdür.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search